İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri David Barnea Qəzzadakı israilli girovların azad edilməsi məsələsini müzakirə etmək üçün Avropa ölkələrinin birində Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.
“Azreform.info ” xəbər verir ki, bu barədə Amerikanın Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Bu, Qəzzada döyüşlərin bərpasından sonra yüksək vəzifəli İsrail və Qətər rəsmiləri arasında ilk görüş olub.
Portalın mənbələrindən biri danışıqların “yalnız başlanğıc” olduğunu bildirib və prosesin “uzun, çətin və qarışıq olacağını” vurğulayıb.
Mənbələrin bildirdiyinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Berns və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel görüş barədə məlumatlandırılıb və onlar girovlarla bağlı razılaşmanın təmin edilməsi üçün səyləri yeniləməyə kömək edirlər.