İsraildə etiraz aksiyaları başladı

18
Avq
2024
00:42

İsrailin Təl-Əviv, Hayfa, Beer-Şeva və digər şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları başlayıb.

APA-nın "Haaretz"ə istinadən verdiyi xəbərinə görə, aksiya iştirakçıları girovların azadlığa buraxılmalarını, atəşkəs razılaşmasına əməl olunmasını, Fələstin tərəfi ilə Doha danışıqlarının davam etdirilməsini, eləcə də Baş nazir Benyamin Netanyahu və hökumətin istefasını tələb ediblər.

Etirazçılar həmçinin, hökuməti girovluqda saxlanılanların geri qaytarılması istiqamətində təcili tədbirlər görməyə çağırıb.