Kiyev Rusiyanın Kursk vilayətində AES-ə hücum hazırlamağa başlayıb.
Azreform.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova BMT və BAEA-nı Kiyevin hazırladığı təxribatı dərhal pisləməyə və nüvə təhlükəsizliyinin pozulmasının qarşısını almağa çağırıb:
“Təxribat Avropada genişmiqyaslı texnogen fəlakətə gətirib çıxara bilər və Kiyevin hərəkətləri BAEA-nın postulatlarını alt-üst edir”.