Onlarla "Vaqner" döyüşçüsü öldürüldü - VİDEO

17
Avq
2024
16:42

Malinin şimalında Əlcəzair sərhədi yaxınlığında Rusiyanın "Vaqner" döyüşçüləri Tuareg üsyançıları ilə  arasında 2 gün davam edən  döyüşdə 53 əsgərini itirib.

 Azreform.info xəbər verir ki, Tuareg üsyançıları iddialarını sübut etmək üçün öldürdükləri əsgərlərin görüntülərini də paylaşıblar. Paylaşılan videoda pusquya düşən maşınların külə döndüyü, çoxlu sayda "Vaqner" döyüşçüsünün cansız cəsədlərinin yerdə qaldığı görünür.

"Reuters"in məlumatına görə, Mali-Əlcəzair sərhədi yaxınlığında baş verən qarşıdurmada 20-82 rus muzdlusunun öldüyü bildirilir.

"Vaqner" isə məğlubiyyətinin səbəbini qum fırtınası ilə əlaqələndirib. Qum fırıtınası Tuareg üsyançılarına uğurlu pusqu qurmağa imkan yaradıb. 

Qeyd edək ki, Malidə 1000-ə yaxın "Vaqner" döyüşçüsü olduğu bildirilir.

 Mürtəza
Azreform.info