Qaradağda ağır qəza olub, bir nəfər ölüb

17
Avq
2024
14:56

Bakının Qaradağ rayonu ərazisində ağır qəza olub.

APA xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Bunun ardınca daha 3 maşın bir-birinə dəyib.

Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.