Ağ Ev: İstənilən gözlənilməz vəziyyətə hazırıq

17
Avq
2024
11:56

ABŞ Yaxın Şərqdə artıq öz hərbi  qüvvələrini yerləşdirib və istənilən gözlənilməz vəziyyətə hazırdır.

Azreform.info xəbər verir ki, bunu Ağ Ev  administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlərə İranın yaxın gələcəkdə İsrailə hücumu ehtimalını şərh edərkən deyib.

Ağ Ev rəsmisi deyib ki, biz mümkün gözlənilməz vəziyyətə cavab vermək üçün bölgədə hərbi resurslarımızı yerləşdirmişik.

Mürtəza
Azreform.info