Macarıstan Avropa ölkələrinə, o cümlədən qitənin şərqindəki ölkələrə Rusiyadan təhlükə görmür.
Azreform.info xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
“Avropa Birliyinin əksər ölkələri, o cümlədən şərq cinahda yerləşən ölkələr NATO-nun üzvüdür. Mən Rusiyanın heç bir NATO üzvünə hücum edəcəyini düşünmürəm, çünki NATO dünyanın ən güclü müdafiə ittifaqıdır”, - Siyarto bildirib.