Putin Bakıya gəlir

16
Avq
2024
16:14

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlir.

Azreform.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya liderinin səfəri 18-19 tarixlərində baş tutacaq.

Vladimir Putinin Azərbaycana səfərinin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası sənədlərin imzalanması planlaşdırılır.

Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, habelə aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.