İsveç meymunçiçəyi virusuna ilk yoluxmanı təsdiqlədi

16
Avq
2024
00:14

Bir neçə Afrika ölkəsində yayılan meymunçiçəyi virusunun daha yoluxucu variantına ilk yoluxma halı İsveçdə qeydə alınıb.

Azreform.info xəbər verir ki, bu barədə İsveç Xalq Sağlamlığı Təşkilatının baş direktoru vəzifəsini icra edən Olivia Viqzell mətbuat konfransında məlumat verib.

"Bu, Afrika qitəsindən kənarda diaqnoz qoyulan ilk hadisədir. Xəstə virusa Afrikanın böyük epidemiya olduğu bölgələrdən birində yoluxub", - o bildirib.

Zərərçəkmiş Stokholm xəstəxanasına kömək üçün müraciət edib. Həkimlər onun meymunçiçəyi virusunun daha yoluxucu variantına yoluxduğunu təsdiqləyiblər.