Gürcüstan hakimiyyəti üçün Aİ-yə üzvlüklə bağlı danışıqlara nə vaxt başlaması vacib deyil.
Azreform.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
Kobaxidze Aİ ilə danışıqların başlama tarixi barədə deyib: “Bu, bizim üçün əsas deyil".
O xatırladıb ki, 2022-ci ilin iyununda ölkəyə Aİ-yə üzv olmaq üçün namizəd statusu verilməyib, Gürcüstan onu bir ildən sonra əldə edib.(Report)