Tehranda 4 əcnəbini girov götürən cinayətkarlar öldürülüb

15
Avq
2024
17:07

İran polisi Tehranda dörd əcnəbini girov götürən üç cinayətkarı zərərsizləşdirib. 

Azreform.info İSNA-ya istinadən xəbər verir ki, bu barədə İslam Respublikası paytaxtının hüquq-mühafizə qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Dörd əcnəbi vətəndaşın girov götürülməsindən xəbər tutan polis dərhal hərəkətə keçib və girov götürənlərin yerini tez bir zamanda aşkar edib, polis ionlardan üçünü zərərsizləşdirərək girovları azad edib", -  məlumatda deyilir.

Mürtəza
Azreform.info