İrəvandan Bakının Minsk qrupu qərarına REAKSİYA

15
Avq
2024
16:14

İrəvan Minsk qrupu ilə münasibətləri şərtlər daxilində nəzərdən keçirə bilər.

Azreform.info xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi sülh müqaviləsinin imzalanması üçün Bakının ATƏT MQ-nin buraxılması təklifinə razı olub-olmaması ilə bağlı sorğusuna cavab olaraq bildirilib.

Xarici İşlər Nazirliyi bu suala bir cümlə ilə cavab verib: “Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli nizamlanması və hər şeydən əvvəl sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər”.

Mürtəza
Azreform.info