RİNN-nin sahibkarlara göstərdiyi xidmətlərdən birinin əhatə dairəsi genişləndirilib

15
Avq
2024
15:21

Prezident İlham Əliyev 16 iyul 2024-cü il tarixli fərmanı ilə təsdiqlənmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edib

Azreform.info ” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Sənədə əsasən, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) kiçik və orta biznes evlərində sahibkarlara göstərdiyi avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşımanın təşkili) haqqında müqavilənin bağlanması xidməti Bakı şəhərinin inzibati ərazini də əhatə edəcək.