Tehrandan İsrailə şərt: Bu halda hücum etməyəcəyik

15
Avq
2024
14:14

Yalnız Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi İranın HƏMAS lideri İsmayıl Haniyənin öz torpaqlarında öldürülməsinə görə İsraildən birbaşa qisas almasına mane olacaq.

Azreform.info xəbər verir ki, bunu "Reuters"ə istindən üç yüksək rütbəli İran rəsmisi bildirib. 

"Reuters"ə danışan mənbələrdən biri bildirib ki, Qəzza danışıqları uğursuz olarsa və ya İran İsrailin danışıqları uzatdığını hiss edərsə, Tehran "Hizbullah" kimi müttəfiqləri ilə birlikdə birbaşa hücuma keçəcək. 

Mənbələr İranın danışıqların irəliləməsinə nə qədər vaxt verəcəyini açıqlamayıb.

Mürtəza
Azreform.info