Qadın ad günündə özünə faciəli hədiyyə etdi - VİDEO

15
Avq
2024
12:21

Rusiyada qadın ad günündə bədbəxt hadisə yaşayıb.

Azreform.info xəbər verir ki, Kirov sakini əlamətdar gününü paraşütlə tullanma ilə qeyd etmək qərarına gəlib. 

Belə ki, o, iki rəfiqəsi ilə birlikdə təyyarədən tullanır. Dostlarının paraşütü normal açılıb, amma onunki açılmayıb.

Təlimatçılar onun ehtiyat paraşüt halqasını çəkməyə səsləyiblər, lakin o da açılmayıb. 

Qadın ağacın üstünə düşüb və ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirildikdən 2 həftə sonra həyatını itirib.