Fransanın hərbi təyyarələri havada toqquşdu

14
Avq
2024
21:42

Fransız hərbi təyyarələri havada toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri Sebastian Lekornu “X” hesabında yazıb.

Onun sözlərinə görə, toqquşan iki hərbi təyyarədə pilotlardan biri özünü havadan atıb.

Azı bir pilot və bir sərnişin isə itkin düşüb:

“Pilotlardan biri tapılıb, araşdırmalar hələ də davam edir. Silahlı qüvvələrə kömək etmək üçün yerli əməliyyat mərkəzi işə salınıb, xahiş edirik ki, ərazidən uzaq durasınız”.