ABŞ və Gürcüstan arasında müqavilə imzalanıb

17
Dek
2023
13:21

ABŞ və Gürcüstan cinayətkarların ekstradisiyası haqqında müqavilə imzalayıb.

Azreform.info xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun saytında bildirilir.

Departamentin məlumatına görə, sənədi Gürcüstan tərəfdən Ədliyyə Nazirliyinin rəhbəri Rati Breqadze və baş prokuror İrakli Şotadze, Amerika tərəfdən isə ABŞ baş prokurorunun müavini və beynəlxalq əlaqələr üzrə katib Brüs Şvarts imzalayıb.

“Bu, Gürcüstan tarixində mühüm məqamdır. Gürcüstan və ABŞ arasında son 30 illik səmərəli əməkdaşlıq bizim davamlı dostluğumuza sübutdur və bu tarixi razılaşma həmin tərəfdaşlığın kulminasiya nöqtəsidir”, - deyə prokuror Şotadze bildirib.

Yanvar ayından ABŞ və Gürcüstan arasında ekstradisiya müqaviləsinin bağlanması ilə bağlı danışıqlar davam edir. Gürcüstan prokurorluğunun məlumatına görə, saziş cinayətkarlıqla mübarizənin effektivliyini artıracaq.