Ukraynanın Rusiyaya qarşı PUA "qasırğası"

14
Avq
2024
10:35

Ukrayna ordusu avqustun 14-nə keçən gecə Rusiya ərazisinə kütləvi PUA hücumu edib.

Azreform.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Ukrayna  tərəfinə məxsus 117 PUA-nı və 4 “Toçka-U” taktiki raketini zərərsizləşdirib.

PUA və taktiki raketlər əsasən Kursk, Voronej, Belqorod, Nijni Novqorod, Volqoqrad, Bryansk, Oryol və Rostov vilayətlərinə atılıb.

Mürtəza
Azreform.info