Salmonellyoz infeksiyasına görə yüzlərlə insan xəstəxanaya yerləşdirildi

17
Dek
2023
12:42

Kanadada salmonellyoz infeksiyası altı nəfərin həyatına son qoyub.

Azreform.info xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, daha 153 nəfər hazırda salmonellyoz infeksiyasından müalicə alır.

Qeyd olunur ki, daha çox qida zəhərlənməsi kimi tanınan salmonellyozin qurbanları beş yaşınadək uşaqlar və təqaüdçülər olub.
Məlumat üçün əlavə edək ki, salmonellyoz qida yoluxucu xəstəlik hesab olunur.