Tərtərdə fərdi evdə yanğın olub

17
Dek
2023
12:14

Tərtərdə vətəndaşa məxsus fərdi evdə yanğın olub.

Azreform.info xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.

Belə ki, Laçın rayonundan məcburi köçkün olan və Şıxarx qəsəbəsində məskunlaşan Muradov Yaşar Qoca ogluna məxsus 4 otaqlı ev yanıb.

Hadisə yerinə Tərtər yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev əşyalarının az bir hissəsi çıxarılıb.

Qeyd edək ki, ailə üzvləri yanğın zamanı evdə olublar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının odun peçindən qopan qığılcımdan baş verdiyi deyilir.