Məlum olduğu kimi, 2024-cü il 7 fevral tarixinə növbədənkənar prezident seçkiləri təyin olunub. Bununla bağlı bir qrup vətəndaşın toplantısı keçirilib.
Toplantıda çıxış edən Fuad Əliyev növbədənkənar prezident seçkilərində iştirak etmək istəyini açıqlayıb. Fuad Əliyev topantı iştrakçılarına müraciət edib, ona dəstək olmağa xahiş edərək, “Vətəndaş Birliyi” seçki qərargahının yaradılmasını təklif edib.
Toplantı iştirakçıları təklifləri müzakirə edib, “Vətəndaş Birliyi” seçki qərargahının yaradılmasını dəstəkləyiblər.
Beləliklə, növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürən Fuad Əliyevin “Vətəndaş Birliyi” seçki qərargahı 7 nəfərdən ibarət tərkibdə formalaşıb.
Daha sonra, prezidentliyə namizəd Fuad Əliyev “Vətəndaş Birliyi” seçki qərargahına rəhbərlik etmək üçün Xəzər Teyyublunun namizədliyini təklif edib.
Təklif yekdilliklə qəbul olunub.