Liviya sahillərində gəminin batması nəticəsində azı 61 nəfər ölüb.
“Azreform.info ” xəbər verir ki, bu barədə Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Liviya bölməsi X sosial şəbəkəsində məlumat yayıb.
Təşkilat qadın və uşaqların qəzadan sağ çıxmadığını bildirib. Hadisənin səbəbləri açıqlanmayıb.
Qayıq 86 sərnişinlə Liviyadan yola düşürü, lakin onların hara getdiyini açıqlamayıblar.
AFP-nin məlumatına görə, batmış qayıqda olan sərnişinlərin əksəriyyəti Nigeriya, Qambiya və digər Afrika ölkələrinin vətəndaşları olub. BMqT rəsmiləri sağ qalanlara tibbi yardım göstərdiklərini qeyd ediblər.