Bakıda mikroavtobus kanala düşüb - FOTO

17
Dek
2023
10:35

Bakının Suraxanı rayonunda avtomobil kanala düşüb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb.

Nazir Mansurovun idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobus şəhər istiqamətində hərəkət edərkən kanala düşüb. Sürücü xəsarət almayıb və nəqliyyat vasitəsində tək olub.

Avtomobil kanaldan çıxarılaraq ərazidən kənarlaşdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.