Daha yaxşı arıqladan PƏHRİZ

11
Avq
2024
13:42

Arıqlamaq üçün veqan pəhrizi Aralıq dənizi pəhrizindən daha yaxşıdır.

Azreform.info xəbər verir ki, bu barədə "Frontiers in Nutrition" nəşri məlumat yayıb.

Alimlər müəyyən ediblər ki, az yağlı veqan pəhrizinə riayət etmək iltihaba səbəb olan zərərli maddələrin səviyyəsini 73% azaldır. Bu maddələr bədənə qida, əsasən də heyvan mənşəli məhsullarla daxil ola bilər.

Yağlı qidaların istiliklə emalı da belə maddələrin əmələ gəlməsinə səbəb olur. Bu maddələrin artıqlığı sistematik iltihab, piylənmə, 2-ci tip diabet və ürək xəstəliyi riskinin artması ilə əlaqələndirilir.

Veqan pəhrizində olanlar 16 həftə ərzində orta hesabla 6 kiloqram arıqlayırlar.(oxu.az)