Ukrayna 19 il davam edən mübahisəyə SON QOYDU

17
Dek
2023
10:07

Ukrayna hakimiyyəti Dunay-Qara dəniz kanalının tikintisi zamanı Rumıniyanın tələblərini yerinə yetirməyə razılaşıb.

Azreform.info xəbər verir ki, bu barədə Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər naziri Ruslan Strelets "Facebook" səhifəsində məlumat verib.

Streletsin sözlərinə görə, Ukrayna kanal layihəsini Ekspo Konvensiyasının tələblərinə uyğunlaşdırmaq üçün çox iş görüb. Nazir Kiyevin Buxarestlə mehriban qonşuluq münasibətlərinə və beynəlxalq hüquq normalarına riayət etməsinə də biganə olmadığına da aydınlıq gətirib.

Dunay-Qara dəniz kanalı Dunay deltasında Kiliya və Starostambul (Bistri) mənsəbləri boyunca uzanır. Onunla bağlı mübahisə 2004-cü ildən, Ukrayna eksperimental rejimdə kanal vasitəsilə naviqasiyaya başlayandan bəri davam edir.

Bundan əvvəl Rumıniyanın baş naziri Marsel Çiolaku bildirmişdi ki, bu ölkə təhlükəsizlik, coğrafi yaxınlıq və nəqliyyat əlaqələri kimi üstünlüklərə malik olduğundan, münaqişə bitdikdən sonra Ukraynanın yenidən qurulmasında əsas rol oynaya bilər.