İrəvan seçkilərədək sülh sənədini imzalamaq istəyir - Deputat

10
Avq
2024
16:56

Ermənistan hakimiyyətinin  vəzifəsi seçkilərə qədər sülh sənədini imzalamaqdır.

 Azreform.info xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
Hakimiyyətin vəzifəsi seçkilər öncəsi “sülh” sənədi imzalamaqdan ibarətdir ki, bu, hətta seçkilərdən sonra müharibə təhlükəsi qalsa belə, sülh gətirdi deyə insanları çaşdırmağa çalışır, - o qeyd edib. 

 O əlavə edib ki, bu məqsədlə güzəştlərə getməyə hazırdır. "Onlar üçün əsas məsələ problemləri həll etmək deyil, hakimiyyəti saxlamaq və insanları çaşdırmaqdır”, - o qeyd edib.

 Mürtəza
Azreform.info