Payızda Cənubi Qafqaz uğrunda mübarizə daha da güclənəcək - Şarmazanov

10
Avq
2024
15:35

Tranzit yollar məsələsini gələcəyə buraxmaq Ermənistan, Rusiya və İran üçün sərfəlidir.

Azreform.info xəbər verir ki, bunu erməni siyasətçi Eduard Şarmazanov deyib.

“Aydındır ki, Zəngəzur dəhlizinin əsas benefisiarları Türkiyə, Azərbaycan və Kollektiv Qərbdir. Niyə? Orta Asiya ölkələrini Azərbaycan və Ermənistan vasitəsilə Türkiyə ilə, sonra isə Qərblə birləşdirən Şərq-Qərb “orta dəhliz” layihəsini həyata keçirmək üçün lazımdır. Və bütün bunları Rusiya, Çin və İrandan yan keçərək edəcəklər", - Şarmazanov bildirib.

 Onun fikrincə, bu proqramın reallaşmasını  ABŞ Robert O'Brayenin dili  ilə açıq şəkildə bəyan etdi.

 O əlavə edib ki, dolayısı ilə Azərbaycanla Ermənistanı birləşdirən tranzit yolların açılmasının dondurulması İran, Rusiya və Ermənistana sərfəli olsa da, Türkiyə və Qərbə sərfəli deyil:
"Payızda Cənubi Qafqaz uğrunda mübarizə əvvəlcə Gürcüstanda, sonra isə Ermənistanda güclənəcək".

Mürtəza
Azreform.info