Çinin ən varlı adamı dəyişdi - Nə qədər pulu var?

10
Avq
2024
04:21

"Pinduoduo" və onun törəmə şirkəti "Temu"nun yaradıcısı Kolin Huanq Çinin ən varlı adamı kimi tanınıb. 

Qaynarinfo xəbər verir ki, bunu Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatları sübut edir.

Milyarderin 2024-cü il avqustun 9-na olan sərvəti 48,6 milyard dollar olaraq qiymətləndirilir.

Bundan əvvəl, üç ildən artıqdır ki, Çinin ən varlı adamı adı Çjonq Şanşana məxsus idi. Sahibkar "Nongfu bulağı" qablaşdırılmış suyu sataraq sərvət qazanıb. Hazırda onun aktivləri 47,4 milyard dollar dəyərində qiymətləndirilir.