Əgər KXDR Cənubi Koreyaya qarşı nüvə silahından istifadə edərsə, o zaman dərhal və sarsıdıcı cavab özünü çox gözlətməyəcək.
Azreform.info xəbər verir ki, bu barədə ABŞ-Cənubi Koreya Nüvə Planlaması üzrə Məsləhət Qrupu məlumat yayıb.
“Birləşmiş Ştatlar Koreya Respublikasına Amerikanın bütün imkanları, o cümlədən nüvə imkanları ilə dəstəklənən geniş çəkindirmə təmin etmək öhdəliyini bir daha təsdiqləyib”, - Qrupun birgə bəyanatında deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, KXDR tərəfindən ABŞ və ya onun müttəfiqlərinə qarşı istənilən nüvə hücumu “Kim Çen In rejiminin sona çatmasına gətirib çıxaracaq”.
Bundan əvvəl Şimali Koreya ABŞ-ı “kosmosdakı işinə hücumlar” səbəbilə təhdid edib. Xüsusilə Şimali Koreya bildirmişdi ki, “ABŞ-ın kosmik fəaliyyətə hər hansı müdaxiləsinə cavab olaraq, Amerika kəşfiyyat peyklərinin həyat qabiliyyətini zərərsizləşdirəcək”.