"Türkiyə ABŞ ilə "F-16 Block 70" döyüş təyyarələrinin alınmasına dair danışıqları başa çatdırıb".
Azreform.info xəbər verir ki, bunu "CNN Türk"ə Türkiyənin milli müdafiə naziri Yasar Gülər bildirib.
O deyib ki, iki ölkə arasında aparılan dialoqun nəticələrinə əsasən müsbət qərarın veriləcəyi gözlənilir.
Gülər, danışıqlardan sonra prosesin ən qısa zamanda başlayacağına ümid etdiyini bildirib:
"Ankara ABŞ-dan təkcə 40 döyüş təyyarəsi almağı deyil, həm də bu yardımla mövcud təyyarələri modernləşdirməyi gözləyir".
Nazirin sözlərinə görə, satınalmalar kontekstində müttəfiqlərin bir-birinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməməsi vacibdir.
Gülər ABŞ-dan Türkiyənin qlobal və regional rolunu, həm də gücünü qiymətləndirməsini gözləyir.