Misirin hava hücumundan müdafiə sistemləri Dəhəb sahilləri yaxınlığında uçan obyekti vurub.
Azreform.info xəbər verir ki, bu barədə Misir telekanalları məlumat yayıb.
Telekanalın məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Sinay yarımadasının cənubunda uçan obyekti müşahidə edib və o dərhal vurulub.
İstintaq qrupları artıq hadisə yerinə araşdırmalara başlayıb.