Azərbaycan millisinin üzvü Türkiyə klubuna transfer olunub

8
Avq
2024
23:07

Azərbaycan millisinin üzvü Renat Dadaşov Türkiyə klubuna transfer olunub.

Azreform.info xəbər verir ki, yığmamızın hücumçusu I Liqa təmsilçisi "Ankaragücü" ilə iki illik müqavilə bağlayıb.

Qeyd edək ki, R.Dadaşov ötən mövsümü icarə əsasında "Hatayspor"un heyətində keçirsə də, müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus olub.