Əfsanəvi futbolçu Mahir Emrelidən danışdı

8
Avq
2024
16:07

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi, əfsanəvi futbolçu Miroslav Kloze yeni transferləri, Azərbaycan yığmasının üzvü Mahir Emrelidən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, forvardın fiziki gücünün yüksək səviyyədə olduğunu bildirib:

“Emreli burada mübarizə aparmaq üçün lazımi gücə malikdir. Onun fiziki möhkəmliyi yaxşıdır. Həmçinin Mahirin gözəl xarakteri var”. 

Qeyd edək ki, Mahir Emreli bir neçə gün öncə “Nürnberq”lə rəsmi müqaviləyə imza atıb.