Paris 2024: Azərbaycan taekvondoçusu Olimpiadanın gümüş medalını qazanıb

8
Avq
2024
00:21

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında taekvondo yarışlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün yarışların bütün medalçıları bəlli olub.

Əvvəlcə Qaşım Maqomedova məğlub olmuş Adrian Visente tunisli Mohamed Xalil Cendubi ilə qarşılaşıb. Cendubi 2:0 hesabı ilə (11:3, 12:1) qalib gələrək Olimpiadanın bürünc medalçısı olub.

Final görüşündə isə Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Cənubi Koreya idmançısı Park Te Conla üz-üzə gəlib. Gərgin keçən döyüşdə idmançımız zədələndiyi üçün tibbi yardım almaq məcburiyyətində qalıb.

Buna baxmayaraq, o, əzmkarlıq göstərərək görüşü sonlandırıb. Zədəsi ucbatından Park Te Cona 0:2 hesabı ilə məğlub olan (0:9, 1:13) Qaşim ölkəmizə Olimpiadanın gümüş medalını qazandırıb.