Şahruddin Məhəmmədəliyev uzun müddət yaşıl meydanlardan uzaq qalacaq?

7
Avq
2024
23:42

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin zədəsi ciddi olduğundan uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Oxu.Az xəbər verir ki, "Qarabağ"ın qolkiperinin minimum dörd ay komandaya kömək edə bilməyəcəyi açıqlanıb.

Avqustun 5-də məşq zamanı zədələnən 30 yaşlı qolkiperin əməliyyata ehtiyacı olmayacaq.

Ancaq bu olmasa belə, Məhəmmədəliyevin sağalması üçün dörd aya qədər vaxt lazım olacaq.

Onun məhz dörd aydan sonra məşqlərə başlayacağı ehtimal edilir.