Sumqayıtda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində "BMV" və "Toyota" markalı avtomobilləri toqquşub. Hadisə nəticəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirirlir-red) ölüb, daha iki nəfər - 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğlu xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.