Balıq yağı (omeqa-3) demansiyanın qarşısını almağa kömək edə bilər.
Azreform.info oxu.az-a istinadən bildirir ki, Alzheymer xəstəliyi və qocalıq ağılsızlığının inkişaf riskini azaltmağın bu yolunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuhra Pavlova aşkar edib.
O, balıq yağının koqnitiv pozğunluqların qarşısının alınması üçün faydalarının son araşdırmalarla sübut olunduğunu deyib.
Pavlova bildirib ki, bir il balıq yağı qəbul edən insanlarda beyin hüceyrələrinin zədələnməsi kəskin azalıb.
Eyni zamanda, endokrinoloq vurğulayıb ki, bütün yaşlı insanlar balıq yağı qəbul etməməlidir, çünki omeqa-3-ün çoxluğu zərər verə bilər.