Atdan yıxılan qız xəstəxanalıq oldu

7
Avq
2024
00:14

Qaxda atdan yıxılan 16 yaşlı qız ağır xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə Bakı şəhər sakini 2008 ci il təvəllüdlü Məlikova Səbinə (ad və soyad şərtidir) istirahət üçün gəldiyi Qax rayonunun İlisu kəndində at sürmək istəyən zaman atdan yıxılaraq ağır xəsarət alıb.

O, Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və lazımi tibbi yardım göstərilib.

Müalicəsi xəstəxanada davam etdirilir.