Paris-2024: Azərbaycan atleti yarışı 7-ci yerdə başa vurub

6
Avq
2024
23:21

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan final mərhələsində mübarizə aparıb.

Azreform.info "Reporta" istinadla xəbər verir ki, 12 idmançının yer aldığı həlledici mərhələdə atletimiz ilk 3 cəhdinin yekununda 73.27 metr nəticə ilə 6-cı olub və mübarizəni davam etdirərək ilk "səkkizliy"ə düşüb.

Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73.66 metrə çatdıran Anna Skidan Olimpiya Oyunlarında 7-ci yeri tutub.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.