Laçın Məmmədov Birləşmiş Krallığın ən aparıcı təhsil ocağına qəbul olub

6
Avq
2024
22:42

Azərbaycanlı magistrant Laçın Məmmədov beynəlxalq təqaüd proqramının qalibi seçilib.

Azreform.info "Report"a istinadla xəbər verir ki, L.Məmmədov dünyanın və Birləşmiş Krallığın ən aparıcı ali təhsil ocaqlarından biri olan London Universitet Kollecinə (University College London) qəbul alıb.

O, bu il (2024-2025) yüksək nəticə ilə dövlət proqramının qalibi olub və UCL-də mexanika mühəndisliyi ixtisası üzrə magistr təhsili alacaq.

L.Məmmədov Bakı şəhərində anadan olub və 2008-2012-ci illərdə Azərbaycan Neft Sənaye Universiteti Neft Mexanika fakültəsini bitirib. O, 2015-2016-cı illərdə Ispaniya Krallığında "Universitat Autonoma de Barcelona" ali təhsil ocağında biznesin idarə edilməsi üzrə magistr dərəcəsində təhsilini tamamlayıb.