Həmin sürücü barəsində tədbir görüldü - DİN-dən açıqlama

6
Avq
2024
22:35

Sosial şəbəkələrdə sürücünün yük maşınının arxasına yazdığı ifadə geniş müzakirələrə səbəb olub.

Azreform.info xəbər verir ki, görüntülərdə vətəndaş “Sürücü təhlükəli sürərsə, əcəb edir” sözlərini yazıb.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, həmin sürücü aşkarlanıb və barəsində qanunamüvafiq tədbir görülüb:

“O, əməlindən peşman olduğunu bildirərək yazdığı yazıları silib.

Bir daha sürücüləri belə hallara yol verməməyə çağırırıq”.