Şoyqu: Kiyev üçün fürsət pəncərəsi daralır

6
Avq
2024
21:07

Kiyev Putinin sülh təkliflərinə cavab verməyib, danışıqların gecikməsi ukrayna  üçün fürsət pəncərəsini daraldır.

Azreform.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ukrayna hakimiyyəti Vladimir Putinin hərbi əməliyyatları dayandırmaq təkliflərinə cavab verməyib. 

“O vaxtdan demək olar ki, iki ay keçib, heç bir reaksiya yoxdur”, - Şoyqu qeyd edib.
Cenevrə danışıqlarına toxunan  Şoyqu bildirib ki, Cenevrə Konfransı formatında danışıqlardan və sülh formulundan danışmaq mənasızdır. "Çünki baş danışıqçı olmadan danışıqlar çox aydın görünmür", - o deyib.

Mürtəza
Azreform.info