Paris Olimpiadası zamanı 40-dan çox idmançıda koronavirus aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Mariya Fon Kerkov bildirib.
Onun sözlərinə görə, son aylarda bir çox ölkədə COVID-19 hallarında artım müşahidə edilir.
Qeyd edək ki, Paris-2024 Yay-Olimpiya Oyunları iyulun 26-sı başlayıb və avqustun 11-dək davam edəcək.