Bu gün Qırmızı dənizdəki ABŞ esminesi Yəməndə husilərin nəzarətində olan ərazidən buraxılan 14 PUA-nı vurub.
Azreform.info xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayıb.
“Dekabrın 16-da səhər saatlarında ABŞ-ın “Carney” esminesi Qırmızı dənizdə Yəməndə husilərin nəzarətində olan ərazidən buraxılan 14 PUA-nı uğurla vurub”.
Məlumata görə, vurulan pilotsuz uçuş aparatları hücum xarakterli dronlar olub. Qırmızı dənizdə gəmilərə heç bir ziyan dəyməyib.