Litvanın yeni səfiri gələn həftə Azərbaycana gələcək

5
Avq
2024
18:35

Litva Prezidenti Gitanas Nausedanın fərmanı ilə Kestutis Vaşkeleviçius Litvanın Azərbaycanda yeni səfiri təyin edilib.

Səfirlikdən Azreform.info a verilən məlumata görə, yeni səfirin avqustun 12-də Bakıya gələcəyi gözlənilir.

Daha əvvəl verilən məlumata görə, Litva hökuməti ölkə prezidentinə Kyastutis Vaşkelyaviçyusun Azərbaycana yeni səfir təyin olunmasını təklif edib.

K.Vaşkelyaviçyus yeni təyinata qədər hökumətin dəftərxanasında Beynəlxalq Münasibətlər və Avropa İttifaqı qrupunun rəhbəri olub. O həmçinin Litvanın bir sıra ölkələrdəki səfirliklərində müxtəlif diplomatik vəzifələrdə çalışıb.