Gün ərzində yediyiniz qidalar əslində, orqanlarınızın sağlam işləməsi üçün çox əhəmiyyətlidir. "İkinci beynimiz" adlandırılan bağırsaqlarımız fərqində olmadan yediyimiz bəzi qidalara görə sağlamlığımıza zərər verir.
Azreform.info “Haber7”yə istinadla xəbər verir ki, bəzi qidalar bağırsaqlara dağıdıcı təsir göstərir.
Bunun nəticəsində çəki artımı, müxtəlif xəstəliklər və həzm sistemi problemləri çox təhlükəli həddə çata bilər.
Odur ki, bağırsaqlarınızı və ümumi sağlamlığınızı pozan qidaların siyahısını təqdim edirik:
Un məmulatları
Simit, bulka, açma kimi xəmir yeməkləri sağlam olmayan qida növlərinə daxildir. Bu səbəbdən nəzarətli şəkildə yeyilməməlidir və ya yalnız sağlam un və inqrediyentlərdən hazırlanmasına diqqət yetirmək lazımdır.
Bəzi qidalar bağırsaq florasında bakterial tarazlığı poza və pis bağırsaq bakteriyaları üçün arzu olunan mühit yarada bilər.
Qızartmalar
Yağ müəyyən miqdarda istehlak edildikdə əsas qida qaynaqlarından biridir. Bununla belə, bağırsaqların sağlamlığına qızardılmış qidalar da təsir edə bilər. Qızardılmış qidalar bağırsaq hərəkətlərində arzuolunmaz dəyişikliklərə səbəb ola, pis bağırsaq bakteriyalarının inkişafı üçün şərait yarada bilər.
Bunun əvəzinə közdə bişən qidalara üstünlük vermək olar.
“Sıfır kalori”li diyetik qidalar
"Diyetik" və ya “aşağı kalorili”yazılan etiketləri görəndə biz qidaları "sağlam" kimi qəbul edirik. Bu, yanlış fikirdir. Çünki belə qidaların kalori və şəkər tərkibini azaltmaq üçün süni dadlandırıcılardan tez-tez istifadə olunur ki, bu da bağırsaq florasını pozur.
Emal edilmiş qidalar
Məlum olduğu kimi, ağ makaron, cips, desert, kolbasa və sosiska kimi qidalar yüksək kalori ehtiva edir və kökəlməyə səbəb ola bilər.
Bu qidalar bağırsaqlara çox zərər verir. Çünki bağırsaq bakteriyalarını və sağlamlığını yaxşılaşdırmaq üçün lazım olan lif yoxdur. Çips yerinə meyvə və çiy qoz-fındıq istehlak etmək, işlənmiş qidalar yerinə daha çox təbii şeylər yemək orqanizminiz üçün faydalıdır.
Billurə Yunus