UEFA Avropa Liqası: "Qarabağ" - "Ludoqorets" görüşünün uğursuzu kimlə oynayacaq?

5
Avq
2024
12:28

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatması keçiriləcək.

Azreform.info  xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Çempionlar Liqasının III təsnifat mərhələsinin Çempionlar yolunun 6 məğlubu, Avropa Liqasında eyni turun 13 qalibi və əvvəlki raundlardan azad olan beş komanda rəqiblərini tanıyacaq. "Qarabağ"ın "Ludoqorets"lə duelinin uğursuzunun da mümkün rəqibi bəlli olacaq.

Avropa Liqası

Pley-off:

Səpələnmişlər:

"Panatinaikos" - "Ayaks" cütünün qalibi;

"Braqa" - "Servett" cütünün qalibi;

"Panevejis" - "Makkabi" Təl-Əviv cütünün qalibi;

"Molde" - "Serkl Brügge" cütünün qalibi;

"Krivbass" - "Viktoriya" Plzen cütünün qalibi;

"Partizan" - "Luqano" cütünün qalibi;

"Qarabağ" - "Lüdoqorets" cütünün məğlubu;

"Midtulland" - "Ferentsvaroş" cütünün məğlubu;

"Malmö" - PAOK cütünün məğlubu;

"Slovan" - APOEL cütünün məğlubu;

LASK;

"Anderlext".

Səpələnməmişlər:

"Trabzonspor" - "Rapid" cütünün qalibi;

"Riyeka" - "Elfsborq" cütünün qalibi;

"Klaksvik" - "Borats" cütünün qalibi;

"Selye" - "Şemrok Rovers" cütünün qalibi;

"Dinamo" Minsk - "Linkoln" cütünün qalibi;

"Petrokub" - TNS cütünün qalibi;

"Santa Koloma" - RFŞ cütünün qalibi;

"Yagellonya" - "Bodo Qlimt" cütünün məğlubu;

"Sparta" - "Styaua" cütünün məğlubu;

"Beşiktaş";

"Harts";

"Baçka Tobola".

Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.