Ən yaxşı onlar seçildi

4
Avq
2024
22:28

Almaniyada 2024-cü ilin ən yaxşı futbolçusu və məşqçisi seçilib.

“Qafqazinfo” xəbər verir ki, Almaniyanın “Kicker” nəşri idman jurnalistləri arasında sorğu keçirib və 285 səslə “Real”ın sabiq futbolçu Toni Kroos ən yaxşı oyunçu adına layiq görülüb.

Sorğuda Almaniyanın “Bayer 04” klubunun futbolçusu Florian Virtz 246 səslə ikinci yeri tutub. Üçüncü yerdə isə 66 səslə “Bayer”in isveçrəli oyunçusu Qranik Caka qərarlaşıb.

“Bayer”i tarixdə ilk dəfə çempion edən ispaniyalı Xabi Alonso isə ilin məşqçisi seçilib. “Ştutqart”dan Sebastyan Höness (74) ikinci, “Haydenhaym”dan Frank Şmidt (50) isə üçüncü yeri tutub.

Qeyd edək ki, “Real Madrid”in və Almaniya millisinin oyunçusu Toni Kross futbolçu karyerasını başa vurub. AVRO-2024-ün 1/4 finalında İspaniya ilə görüş 34 yaşlı yarımmüdafiəçinin futbolçu kimi son oyunu olub.