“Qəbələ”nin futbolçusu İlkin Qırtımov Azərbaycan çempionatlarında üçüncü dəfə avtoqol müəllifi olub.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, 33 yaşlı müdafiəçi Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçu adına şərik çıxıb.
O, Premyer Liqanın XVII turunda uğursuzluq yaşayıb. Qırtımov “Səbail”lə səfər görüşündə (0:3) öz qapısına qol vurub.
Müdafiəçi 2018/2019 mövsümündə “Zirə”nin heyətində “Qarabağ”la ev, ötən çempionatda “Qəbələ” forması ilə “Sabah”la səfər matçında da avtoqol müəllifi olub.
Qırtımov turnirin 31 illik tarixində üç avtoqol edən 9-cu futbolçudur. Onadək Adil Nağıyev, Ayxan Abbasov, Bədavi Hüseynov, Denis Silva, Jairo Rodriges, Natiq Qasımov, Ruslan Abışov və Saşa Yunisoğlu da üç dəfə öz qapısına üç qol vurublar.
“Qəbələ”nin futbolçusu İlkin Qırtımov Azərbaycan çempionatlarında üçüncü dəfə avtoqol müəllifi olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçu adına şərik çıxıb.
O, Premyer Liqanın XVII turunda uğursuzluq yaşayıb. Qırtımov “Səbail”lə səfər görüşündə (0:3) öz qapısına qol vurub.
Müdafiəçi 2018/2019 mövsümündə “Zirə”nin heyətində “Qarabağ”la ev, ötən çempionatda “Qəbələ” forması ilə “Sabah”la səfər matçında da avtoqol müəllifi olub.
Qırtımov turnirin 31 illik tarixində 3 avtoqol edən 9-cu futbolçudur. Onadək Adil Nağıyev, Ayxan Abbasov, Bədavi Hüseynov, Denis Silva, Jairo Rodriges, Natiq Qasımov, Ruslan Abışov və Saşa Yunisoğlu da üç dəfə öz qapısına üç qol vurublar.