Sürücülərin mübahisəsi bıçaqlanma ilə bitdi

16
Dek
2023
19:35

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Azreform.info “Report”a istinadla bildirir ki, hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb.

Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Q.Fərmanlı mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.
O, xəstəxanaya çatdırılıb. Hadisəyə iki sürücü arasında yol üstdə düşən mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.